

18 Aprel 19:52
Lənkəranda avtomobilin suötürücü kanala aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xalqcebhesi.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttərxan küçəsində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Ülkər Əziz qızı Əsədova idarə etdiyi "Şevrolet Kruz" markalı minik avtomobili ilə hərəkətdə olarkən sükan arxasında idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı suötürücü kanala düşüb.
Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Yaralıya zəruri ilkin tibbi yardım göstərilib.
Hadisə nəticəsində suötürücü kanal üzərindən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.
Faktla bağlı araşdırma aparılır.