İran yük maşını Zəngəzurda bu dəfə çaya düşdü Hadisə

İran yük maşını Zəngəzurda bu dəfə çaya düşdü

Aprelin 17-də, saat 17:20 radələrində Zəngəzurda, Qarakilsə-Qafan yolunun 16-cı kilometrliyində İran İslam Respublikası vətəndaşı 48 yaşlı Salah Əsədularin idarə etdiyi “Volvo” markalı yük avtomobilini qoşqu ilə birlikdə yoldan çıxararaq Bərgüşad çayına aşarıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Qəza nəticəsində xəsarət alan sürücü Qarakilsə Tibb Mərkəzinə aparılıb.

Qeyd edək ki, İran yük maşınlarının sürücüləri Qafan istiqamətindən Azərbaycan ərazisi ilə keçən daha etibarlı yoldan rüsum ödəməmək üçün istifadə etmirlər, əvəzində yük avtomobilləri üçün ciddi narahatlıq yaradan və kəskin döngələr, dolaylar olan “alternativ” marşrutla gedirlər ki, bu da hər gün qəzalarla nəticələnir.