

18 Aprel 19:52
Aprelin 18-i səhər saatlarında Xaçmazda zəncirvari qəza baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində BMW, "Mercedes" və "Opel" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.