“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
19 Aprel 17:45
2 478
Almaniyanın Virtsburq şəhərində 45 yaşlı qadın çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Virtsburq Şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, qadının zorakılıqla qətlə yetirilməsindən sonra onun partnyoru qətldə şübhəli bilinərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qadının meyiti tibbi-ekspertizaya göndərilib.
Polisin açıqlamasına əsasən, qadın çoxsaylı bıçaq xəsarətləri alıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin 45 yaşlı Azərbaycan vətəndaşı olduğu açıqlanıb.
O, hadisədən sonra özü təcili yardıma zəng vurub və polis tərəfindən hadisə yerində saxlanılıb.
Qətlə yetirilən qadının və şübhəli şəxs qismində həbs edilən kişinin adı açıqlanmır.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
14 Dekabr 20:44
1 218
13 Dekabr 20:25
1 911
13 Dekabr 17:19
1 610