Cəlilabadda bədbəxt hadisə: 8 yaşlı uşaq hasarın altında qaldı Hadisə

Cəlilabadda bədbəxt hadisə: 8 yaşlı uşaq hasarın altında qaldı

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Xalqcebhesi.az Report-a istinadən xəbər verir ki, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.