Polis foto yaydı: Onun əməllərindən zərər çəkmisinizsə... Hadisə

Polis foto yaydı: Onun əməllərindən zərər çəkmisinizsə...

İşə düzəltmək adı ilə bir neçə şəxsin xeyli miqdarda pul vəsaitini mənimsəyən, əvvəllər də məhkum olunmuş Culfa rayon sakini Araz Yusifov saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xalqcebhesi.az-a bildirilib ki, Babək Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. A.Yusifovun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.