Məktəblilər arasında dava: xəsarət alanlar var Hadisə

Məktəblilər arasında dava: xəsarət alanlar var

15:44

Gəncədə bir qrup məktəbli arasında dava olub.

Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Davada müxtəlif dərəcəli bədən xəsarəti alan Fərid Quliyev, Amin Hümbətov və Raul Hüseynov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Xəsarət alanlar Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin 9-10-cu sinif şagirdləridir.

Hadisənin məktəbin ərazisindən kənarda baş verdiyi bildirilir.

***

Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri arasında məktəbdənkənar ərazidə mübahisə yaranıb. Mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib.

Bu barədə olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər aparılır. Şagirdlərin psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir.