
Suraxanı rayonunda ümumi sahəsi 100 m² olan taxta və lambirdən ibarət kafenin yanar konstruksiyaları yanıb.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.