

Qubada sərnişinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Susay kəndində baş verib.
Belə ki, Ədilov Bayaz Sabir oğlu idarə etdiyi “VAZ-21010” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişinlərdən Ədilov Nahid Bayaz oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, Məmmədov Qadir, Daşdəmirov Rəvan və Ədilov Rafiq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Quba RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.