Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir Hadisə

Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin 4-cü görüşü öz işinə başlayıb.

“APA-Economics” xəbər verir ki, tədbir Mərkəzi Asiya regionunun kosmik oyunçularının iştirakı ilə artıq dördüncü dəfə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2025) çərçivəsində baş tutub.

Azərbaycan Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir. Məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir. Toplantının gündəliyinin əsas mərkəzində kosmik fəaliyyətin davamlılığı üçün əməkdaşlığın vacibliyi qeyd olunub.