“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
24 Aprel 11:18
2 149
Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Balakən rayonunda yerləşən İtitala məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Dövlət Komitəsinin sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi, dövlətin dini dəyərlərə, abidələrə qayğı və diqqəti barədə danışaraq, dini-etnik zəmində qlobal təhdidlərin səngimədiyi bir zamanda Azərbaycanın multikulturalizm məkanı kimi nümunəvi model təqdim etdiyini vurğulayıb. Ramin Məmmədov qeyd edib ki, ibadət evləri insanların ibadət və dua etmələrinə xidmət etməklə yanaşı, cəmiyyətin öz dini biliklərini dərinləşdirməsinə şərait yaradır. Bu baxımdan, milli-mənəvi və dini dəyərlərimizin təbliğ edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.
Din xadimləri dövlətimizin milli-mənəvi irsimizlə yanaşı, bəşəri dəyərlərə sahib çıxmasının önəmli olduğunu vurğulayaraq, ölkəmizdə dini ibadət yerlərinin təmir və bərpasının diqqətdə saxlanılmasını, icmaların fəaliyyətinə dəstəyin göstərilməsini yüksək qiymətləndirdiklərini bildiriblər.
Cavid
14 Dekabr 20:44
1 218
13 Dekabr 20:25
1 911
13 Dekabr 17:19
1 610