İspaniyalı səyyahın azad edilmiş ərazilərlə bağlı təəssüratları çox yüksəkdir Hadisə

İspaniyalı səyyahın azad edilmiş ərazilərlə bağlı təəssüratları çox yüksəkdir

“Dünyanın bütün ölkələrinə səyahət etmişəm. Azərbaycana da gəlməyi istədim”.

APA xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə səfər edən ispaniyalı səyyah Xavyer Kortal deyib.

“Mən Barselonadan gəlmişəm. Dünyanın bütün ölkələrinə səyahət etmişəm. Bu dəfə isə Azərbaycana səfər etmək qərarına gəldim. Təəssüratlarım çox yüksəkdir. Burada özümü olduqca rahat hiss edirəm”, - ispaniyalı səyyah qeyd edib.