

Qarabağda aparılan təmir-bərpa işləri gələcək üçün də mühüm əhəmiyyət daşıyır.
APA xəbər verir ki, bu sözləri Çindən olan səyyah Tommi Şao deyib.
O, eyni zamanda, müşahidə etdiyi qonqapərvərlikdən məmnunluğunu ifadə edib:
“Azərbaycana Çindən gəlmişəm. Qarabağa ilk səfərimdir. Xüsusilə bu bölgənin dağlıq hissəsini çox sevdim. Həftəsonları bu ərazilərə gəlib rahatlıqla istirahət etmək olar. Qarabağda aparılan təmir-bərpa işləri gələcək üçün də mühüm əhəmiyyət daşıyır. Mən özüm bu işlərdən böyük zövq aldım. Bu yerlərdə hər şey çox gözəl təşkil olunub, insanlar isə xüsusilə çox qonqapərvərdirlər”.