İtaliyalı səyyah: Qarabağda olmaq mənim üçün böyük fürsətdir Hadisə

İtaliyalı səyyah: Qarabağda olmaq mənim üçün böyük fürsətdir

Qarabağda olmaq şansım olduğu üçün çox minnətdaram.

Bunu APA-ya açıqlamasında azad edilmiş ərazilərə səfər edən İtaliyadan olan səyyah Jacopo Biasolo bildirib.

O qeyd edib ki, bu onun Qarabağa ilk səfəridir və burada gördüklərindən dərin təəssürat alıb:

“İlk növbədə deməliyəm ki, bura gəlmək imkanım olduğu üçün çox minnətdaram. Qarabağı görmək üçün əla fürsətdir”.

O, daha əvvəl də münaqişələrin yaşandığı bölgələrə səyahət etdiyini deyib:

“İnsanların geri qayıtmaq, yeni həyat qurmaq arzusu onlar üçün yeni bir fəsil yaradır. Mən bu yaxınlarda Suriyaya səyahət etdiyim zaman bunun şahidi oldum. Eyni şeyi burada - Qarabağda görmək çox gözəl fürsətdir. Mən mütləq hər kəsə buradakı vəziyyət barədə danışacağam”.

İtaliyalı səyyah dostlarını da Qarabağa səfərə dəvət edəcəyini bildirib:

“Həqiqətən ümid edirəm ki, bir neçə ildən sonra buraya daha çox insan gələcək. Əminəm ki, bura gəlmək daha asan olacaq və bura çoxlu insanların ziyarət etdiyi bir yerə çevriləcək”.