Səyyahların Ağdam şəhərinə səfəri başladı Hadisə

Səyyahların Ağdam şəhərinə səfəri başladı

“NomadMania” səyyah klubunun Ağdam şəhərinə səfəri başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, səyyahların şəhərə səfəri ermənilərin tamamilə dağıtdığı Şəhidlər Xiyabanını ziyarətlə başlayıb

İşğal altında olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən digər yaşayış məntəqələrində olduğu kimi, Ağdam şəhərində də vandalizm aktlarının törədildiyi səyyahların diqqətinə çatdırılıb.

Bildirilib ki, etnik təmizləmə ilə yanaşı, ərazidəki tarixi-mədəni abidələrin də məhv edilməsi Ermənistanın işğalçılıq siyasətinin əsasını təşkil edib. Odur ki, yalnız tarixi məkanlar deyil, məzarlıqlar da dağıdılıb, qəbirlərdəki qalıqlar çıxarılaraq yox edilib.

“NomadMania səyyah klubunun üzvləri Ağdam şəhərindəki "Çörək muzeyi" ilə də tanış olublar. Muzeyin tarixi və burada 2 min 800 eksponatın sərgilənməsi barədə qonaqlara ətraflı məlumat verilib.

Ağdam şəhərini gəzən səyyahlar işğaldan azad edildikdən sonra ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, həmçinin burada geniş yenidənqurma işlərinin aparılması barədə də məlumatlandırılıblar. Ağdamın işğaldan sonra yenidən qurulan bir sıra kəndlərinə sakinlərin köçürülməsinə başlanıldığı da qonaqların diqqətinə çatdırılıb.