Erməni hərbçi minaya düşməyib, güllələnibmiş... Hadisə

Erməni hərbçi minaya düşməyib, güllələnibmiş...

19:42

Ermənistanın Sünik vilayətində erməni sərhədçi minaya düşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hadisə nəticəsində sərhədçi ölüb. Mina partlayışının necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.

Ermənistanın İstintaq Komitəsi sərhədçinin öldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb.

***

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları bölməsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu A.A. Sünik vilayətində, ilkin məlumata görə, ona təhkim edilmiş avtomatdan açılan güllə nəticəsində ölüb.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi açılıb, ibtidai istintaq aparılır.