

25 Aprel 18:13
Baş verən yol-nəqliyyat hadisəsi bu dəfə daha çox məktəblilərin istifadə etdiyi piyada svetoforunu yararsız vəziyyətə saldı
Xalqcebhesi.az NİİM-ə istinadən xəbər verir ki, ötən gün axşam saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşidbanu Natəvan küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 300 nömrəli tam orta məktəbin qarşısında qeydə alınan qəza zamanı piyada svetoforu sıradan çıxıb.
Mərkəz tərəfindən svetoforun yenisi ilə əvəzlənməsi işləri görülür.