
İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama
26 Aprel 18:40
26 Aprel 18:40
26 Aprel 16:43
26 Aprel 16:14
Sumqayıtda dələduzluq edən şəxsə cinayət işi açılıb.
Xalqcebhesi.az lent.az-a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli şərtlərlə sosial evlər layihəsindən ipoteka ilə ev almaq istəyən şəhər sakini E. Süleymanov dələduzluqla üzləşib.
Belə ki, Sumqayıt şəhər sakini O. Abasov E. Süleymanova MİDA-nın həyata keçirdiyi layihə çərçivəsində inşa olunan binalardan birində 4 otaqlı evi ipoteka ilə almağa kömək edəcəyini söz verib. Bu məqsədlə ondan ümumilikdə 7460 manat pul alıb. Həmin pullar O. Abasova müxtəlif məbləğlərlə ayrı-ayrı yerlərdə verilib. Hadisələr isə 2023-cü ilin aprelindən noyabradək davam edib.
Lakin sonda aldadıldığını başa düşən Süleymanov hüquq-mühafizə orqanlarına üz tutub. Nəticədə O. Abasov saxlanılaraq, məsuliyyətə cəlb olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb və Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırmaları davam edir.