Dövlət Komitəsinin sədri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək Hadisə

Dövlət Komitəsinin sədri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Özbəkistan Respublikasının Dini İşlər Komitəsinin sədri Sodik Toşboyevin dəvəti ilə Səmərqənddə “Maturidilik - tolerantlıq, mötədillik və maarifçilik təlimi” mövzusuna həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.

Konfransa dünyanın bir çox ölkələrindən dövlət rəsmiləri, dini qurumların rəhbərləri, elm və ictimaiyyət nümayəndələri, din xadimləri qatılacaqlar.

29-30 aprel tarixlərində keçiriləcək konfransda Maturidiyyə təlimində ümumbəşəri dəyərlərin, tolerantlıq və mötədilliyin təfsiri, həmçinin bu ideyaların 21-ci əsrdə aktuallığı barədə müzakirələr aparılacaq.

Cavid