Sumqayıtda əməliyyat: bacılar saxlanıldı - Video Hadisə

Sumqayıtda əməliyyat: bacılar saxlanıldı - Video

Sumqayıt şəhərində müxtəlif ünvanlardan 14 ədəd su sayğacı oğurlanıb.

Daxili İşlər Nazirliyindən Xalqcebhesi.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə təqsirli bilinən 39 yaşlı Amid Məhərrəmov, 33 yaşlı A.İskəndərova və bacısı 31 yaşlı S.İskəndərova tutulublar.

Həmin şəxslər saxlanılarkən üzərlərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.