Gəncədə ağır qəza: ölü və yaralılar var Hadisə

Gəncədə ağır qəza: ölü və yaralılar var

Gəncədə bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

"Xəzər Lada" markalı avtomobillə "Hunday Santa Fe" markalı maşın toqquşub.

Nəticədə 1997-ci il təvəllüdlü Leyla Rüstəmli və 1970-ci il təvəllüdlü Sevinc Kələntərova xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxilələrə baxmayaraq, 55 yaşlı S.Kələntərovanın həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində vəfat edib.

Hadisənin başvermə səbəbləri ilə bağlı şəhər hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Fakt üzrə cinayət işi başlanıb.