Paytaxtın Süleyman Vəzirov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq Hadisə

Paytaxtın Süleyman Vəzirov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) bu gün axşam saatlarından etibarən hərəkət məhdudlaşdırılacaq.

“APA-Economics” xəbər verir ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.