

17:33
Bakı şəhərinin Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
Nazirliyin mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli obyektin birinci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları, BMV markalı minik avtomobilinin yanar hissələri, bitişik ümumi sahəsi 20 kvadratmetr olan birotaqlı evin və sahəsi 6 kvadratmetr olan yardımçı tikilinin tavanı ümumilikdə 12 kvadratmetr sahədə, obyektin ikinci mərtəbəsində yerləşən tikiş sexinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb.
Obyektin, evin və yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub.