Sarıcalı sakini: Ağdamdan 13 yaşımda çıxmışdım, indi 5 uşaqla qayıdıram Hadisə

Sarıcalı sakini: Ağdamdan 13 yaşımda çıxmışdım, indi 5 uşaqla qayıdıram

“13 yaşımda Ağdamdan çıxmışdım, indi isə 5 uşaqla geri qayıdıram”.

Bu sözləri APA-ya Böyük qayıdış çərçivəsində doğma torpaqlarına geri qayıdan Ağdam rayonunun Sarıcalı kənd sakini Qadir Əliyev bildirib.

“32 il sonra doğma el-obama qayıdıram. Sevincimin həddi-hüdudu yoxdur”, – deyə o vurğulayıb.

Digər Sarıcalı kənd sakini Elnur Əliyev də doğma torpaqlara böyük sevinc hissi ilə döndüyünü bildirib:

“Qəm-kədərlə çıxmışdıq, sevinclə qayıdırıq. Artıq həyatımıza doğma kəndimizdə davam edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin”, – deyə o qeyd edib.