Əhalidə zəlzələ xofu Hadisə
Bu xofu yaradan məlumatların mənbəyi isə yoxdur
Cavid
Bir neçə gün öncə Bakıda 3-4 bal gücündə zəlzələnin baş verməsi ilə bağlı yerli meadida məlumatlar əhaliyə elə dərəcədə çatdırılıb ki, hər gün bu xof yaşanmaqdadır. Əhali hər gün Bakıda 7-8 bal gücündə zəlzələnin ola biləcəyi nigarançılığı ilə üzləşib.
Maraqlıdır ki, bu hadisədən bir neçə gün öncə ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun alimləri proqnoz veriblər ki, Bakıda və Şamaxıda güclü zəlzələ olacaq. Amerikalı alimlər Bakıda zəlzələ baş verəcəyi təqdirdə bunun yüz minlərlə insanın ölümü ilə nəticələnəcəyini iddia ediblər.
Seysmoloqların bir qismi amerikalı alimlərin dediklərində müəyyən bir gerçəklik olduğunu desələr də, bir qisim alim və seysmoloq bunun yalan və şayiə olduğunu, zəlzələni öncədən bilməyin mümkün olmadığını qeyd edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli amerikalıların bu proqnozunun heç nəyə əsaslanmadığını bildirdi: "Narahatlıq üçün heç bir əsas yoxdur. Amerikalılar AMEA-nın Geologiya İnstitutu ilə birlikdə tədqiqatlar aparır. Geologiya institutu belə bir məsələ ortalığa qoymayıb. Onlar litosferdəki istiqamətləri öyrənirlər, gərginlik zonalarını müəyyən edir, elmi araşdırmalar aparır və məqalələrlə çıxış edirlər. Bu məqalələrin heç birində yüz minlərlə adamın öləcəyi yazılmayıb. Təbii ki, bu araşdırmalar zamanı müəyyən zonalardakı gərginliklə bağlı da informasiyalar verilir. Ancaq zəlzələnin əvvəlcədən proqnozlaşdırılması mümkün deyil. Amerikalıların dedikləri şayiədir. Bu söhbətin konkret əsası, kökü yoxdur. Heç kim təşvişə düşməsin".
Professor Kərim Kərimov da amerikalıların Azərbaycan haqda verdiyi proqnozun yalan olduğunu deyib: "Onlar burada bir qurğu qurmayıblar. Haradan bilirlər ki, zəlzələ olacaq? Onlarda elə bir cihaz yoxdur ki, zəlzələni əvvəlcədən müşahidə etsinlər. Kimlərsə yalandan şayiə buraxaraq camaatı təşvişə salırlar. Bu da siyasətin alçaq bir formasıdır. Mən bir alim kimi deyim ki, dünyada zəlzələni əvvəlcədən xəbər verən bir üsul yoxdur".
Əhalini təlaşda saxlayan məqamlardan biri də Azərbaycanda 7-8 bal gücündə zəlzələnin ola biləcəyi ilə bağlı şayiələrdir. Qeyd edək ki, Bakının Bayıl, Qaradağ rayonu, Milli parka yaxın əraziləri, bir sözlə Xəzər dənizinə yaxın qəsəbə və rayonlar seysmik baxımdan aktiv zonalar hesab olunur. Bu isə o deməkdir ki, ən güclü zəlzələ ocaqlarının mövcud olduğu Xəzər dənizindəki xırda bir təkan, həmin ərazilərdə təsirsiz ötüşməyəcək.
Respublika Seysmoloji xidmət mərkəzindən bildirirlər ki, bu gün paytaxt ərazisində baş verə biləcək zəlzələ 8-9 baldan yuxarı ola bilməz. Yəni yerin qurunt şəraitinə uyğun olaraq bu səviyyə artarsa ola bilər ki, Bakının müəyyən ərazisində ən çoxu 9 bal gücündə zəlzələ baş versin.
Ekspertlər isə hesab edir ki, ölkədə 8-9 bal gücündə zəlzələ baş verərsə, o zaman köhnə binaların dağılmaq təhlükəsi yüksəkdir. Ona görə yox ki, onlar yaxşı inşa edilməyib, sadəcə ona görə ki, həmin binaların o zamankı seysmik göstəriciləri 6 balla qiymətləndirilib. Müasir tikililərdə körpülərdə yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmiloji geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli yeni binaların zəlzələyə davamlı və təhlükəsiz olduğunu bildirdi. Ölkədəki zəlzələ ocaqlarının əvvəlcədən müəyyən etmək üçün seysmoloji xəritələr yaradıldığını, vaxtaşırı müxtəlif ərazilərdə monitorinq aparıldığın deyən şöbə müdiri ölkə ərazisindəki təhlükəli zəlzələ ocaqlarından da söz açdı: "Böyük və kiçik Qafqazın Azərbaycan hissəsində Şamaxı, İsmayıllıda 9 ballıq zəlzələ ola bilər. Yəni təhlükəli ərazilərdir. Mən düşünmürəm ki, zəlzələnin vaxtını əvvəlcədən demək mükün olsun, amma bu sahədə irəliləyişlər var ki, biz hansı ərazilərdə yerləşən binaların 8-9 bala uyğun olduğunu üzə çıxara bilərik".
Mütəxəssislərin sözlərinə görə, əgər paytaxda 8 və ya 9 bal gücündə zəlzələ baş verərsə o hər zaman köhnə binalar dağılacaq. Ona görə yox ki, sovet dövründə o binalar pis tikilib. Sadəcə ona görə ki, həmin binaların o zaman seysmik göstəriciləri 6 balla qiymətləndirilib.
Müasir tikililərdə, körpülərdə, yol qovşaqlarında seysmik göstəricinin 8-9 bala uyğun olduğunu deyən seysmoloji xidmət mərkəzinin şöbə müdiri Tahir Məmmədli yeni binaların zəlzələyə daha davamlı və təhlükəsiz olduğunu bildirdi. Onu da əlavə etdi ki, yeni binalar tikilərkən onun maksimum neçə bal gücündə zəlzələyə davamlı olması ilə bağlı tikinti şirkətlərinə rəy verilir.
Tahir Məmmədli gələcəkdə Azərbaycanda güclü zəlzələlərin baş verəcəyini də istisna etməyib. O, bildirib ki, insanlar zəlzələ və ya istənilən təbiət hadisələrinə hazırlıqlı olmalıdır.
Tahir Məmmədli bir neçə ildir apardığı tədqiqatlara əsaslanaraq söyləyib ki, Şamaxı, İsmayıllı, Siyəzən və Qəbələ zonasında 10 bal gücündə zəlzələ ola bilər.
Lənkəran tərəfdə 8-9 bal gücündə zəlzələ ola bilər. Aran zonasında isə 7-8 ballıq olan ərazilər var. Qarabağ bölgəsində isə aktiv zəlzələ ocağı yoxdur. T.Məmmədli deyib ki, Azərbaycanda 80-ə yaxın zəlzələ ocağı var. T.Məmmədli həmçinin əlavə edib ki, Azərbaycanda qəbul edilən və hazırda fəaliyyətdə olan seysmik rayonlaşdırma xəritəsi doğru deyil. Əvvəlki xəritələrdə Azərbaycanda maksimum 8-9 bal gücündə zəlzələnin olması barədə məlumat verilib: "Bəziləri hesab edir ki, zəlzələlər 10-15 ildən bir yerini dəyişdiyi üçün xəritə də on-on beş ildən bir dəyişməlidir. Bu, doğru yanaşma deyil. Çünki zəlzələlər yerini dəyişmir. Sadəcə hazırlanan xəritələr özünü doğrultmadığı üçün dəyişməlidir. Belə ki, gözlənilən yerlərdə daha yüksək zəlzələ olduğu üçün yeni metod təklif edilir və buna görə də xəritə də dəyişməlidir".
T.Məmmədli də zəlzələni qabaqcadan proqnozlaşdırmağın mümkünsüzlüyünü deyib: "Sadəcə kimsə fərziyə irəli sürürsə, onu əsaslandırmalıdır. Lakin bunun heç bir əsası yoxdur. Çünki müxtəlif variantlarda tədqiqatlar aparıblar ki, zəlzələdən əvvəl yerin müxtəlif sahələrində müəyyən dəyişiklər olub. Lakin sonradan bu hal özünü doğrultmayıb. Çünki bu dəyişiklikdən sonra zəlzələ bir dəfə olsa da, digər vaxt olmayıb. Çox vaxt isə güclü zəlzələdən əvvəl yer təbəqəsində heç bir dəyişiklik olmayıb. Hazırda zəlzələni proqnoz vermək üçün birmənalı fakt yoxdur. Ola bilər ki, fala baxan desin, amma onun da heç bir əsası olmur. Zəlzələnin qeydə alınması üçün quraşdırılan aparatlar bəzən insanları çaşdırır. Həmin aparatlar zəlzələni əvvəlcədən xəbər verməkdən ötrü deyil. Ümumiyyətlə cihazlar zəlzələni xəbər vermirlər. Bizim Amerikadan alınan cihazlarla yüksək səviyyəli zəlzələri qeydə almaq üçün mümkündür. Bu cihazlar zəlzələnin yerini qeydə alır və yüksək zəlzələri izləyə bilir. Bunlardan istifadə edərək zəlzələ haqında dəqiq informasiyalar əldə etmək mümkündür. Həmin məlumatlar əsasında da, ərazidə yaxşı binalar tikmək lazımdır ki, yeraltı təkan zamanı davamlı olsunlar. Davamlı bina tikmək üçün yer qabığını dəqiq öyrənmək lazımdır".
Zəlzələ barədə yerli mediada əhali arasında təşviş yaradacaq məlumatların yayılmasının məsuliyyətinə gəlincə isə Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, Bakıda zəlzələ birinci dəfə deyil ki, baş verir: "Bu təbiət hadisəsidir, hansısa ölkə, ərazi bu hadisədən sığortalanmayıb. Azərbaycanda güclü olmasa da, ara sıra zəlzələlər olur. Şükürlər olsun ki, bu zəlzələlər zamanı insan tələfatları olmayıb. Sonuncu zəlzələdə də belə oldu. Yəni hay-küyə, panikaya heç bir səbəb yoxdur. Əhalini təlaşda saxlayan məlumatların yayılmasına gəlincə, bu məsələdə məsuliyyəti onu yayanlar daşımalıdır".
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ölkə ərazisində bu günlərdə yenidən zəlzələ olacağı məsələsinə aydınlıq gətirərkən deyib ki, fevralın 10-da Hacıqabul ərazisində baş vermiş zəlzələdən sonra respublika ərazisində seysmoloji aktivlik yoxdur və ərazilər fon səviyyəsindədir.
Onun sözlərinə görə, bəzi ərazilərdə çox zəif, yəni 1,4 - 0,5 bal gücündə təkanlar qeydə alınır. Bu da normal proses sayılır.
Q.Yetirmişli bildirib ki, fevralın 10-da zəlzələnin baş verdiyi ocaqda hələ yeni təkan-afterşoklar qeydə alınmayıb.
Mərkəz rəhbəri qeyd edib ki, fevralın 10-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində baş vermiş zəlzələnin ocağında ən azı son 40 il ərzində elə güclü zəlzələ baş verməyib: "Həmin ocaqda ümumiyyətlə, elə güclü, o dərinlikdə zəlzələ olmayıb. Ötən ilin sonundan-bu ilin əvvəlindən də həmin ərazi fon səviyyəsində olub".