"Tbilisi metrosunun "Varketili" stansiyasında tavanın uçması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur".
Bunu Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Samirə Ağayeva deyib.
"Xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat almamışıq. Səfirlikdə qəbul açıqdır. Azərbaycan vətəndaşlarının xəsarət almaları ilə bağlı səfirliyə hələ heç bir müraciət daxil olmayıb", - deyə S.Ağayeva əlavə edib.
Qeyd edək ki, Tbilisi metrosunun "Varketili" stansiyasında bu gün səhər saatlarında tavanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.