Bakı Dövlət Universitetinin (BDU) rektoru əvəzi təyin olunan Firudin Qurbanov vəzifəsinin icrasına başlayıb.
Bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.
O, dekabrın 24-də universitetin prorektorları və rektorun müşavirləri ilə görüşərək müvafiq müzakirələr aparıb, tapşırıqlar verib.
Qeyd edək ki, təhsil nazirinin müavini F.Qurbanov dekabrın 21-də BDU-ya rektor əvəzi təyin edilib. Bu barədə təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. F.Qurbanov eyni zamanda təhsil nazirinin müavini vəzifəsində qalacaq.
Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Rektor səlahiyyətlərinin icrası isə 1 ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.