“Bizlər üçün şərait yoxdur“ Hadisə
Əlillər narazılıq edir: "Respublika Əlillərin Bərpa Mərkəzindəki 10 günlük müalicəm müddətində xəstəliyimə uyğun heç bir idman vasitəsi tapmadım"
Rəsmi statiatikaya əsasən Azərbaycanda 440 min əlil var. Onların 80 mini birinci qrup, 260 mini ikinci qrup əlillərdir. Amma əlillərin dəqiq sayı müəyyən edilməyib. Çünki əlillik dərəcəsi almaq proseduru o qədər ağırdır ki, bir çox insanlar bu işi axıra qədər çatdıra bilmir. Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunda deyilir ki, əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verilir.
Millət vəkili Hadı Rəcəbli əlilliyin reabilitasiyası ilə bağlı Azərbaycanda işlər görüldüyünü qeyd edir: "Azərbaycanda əlillik fiziki qüsurların çox-azlığına görə 3 dərəcə ilə təsnifatlandırılır. Bəzən görürsən ki, ildə bir dəfə əlillərin tibbi müayinədən keçməsi lazımdır. Niyə? Çünki bəzən əlilləri cəmiyyətə qaytarır, reabilitasiya edirlər. Bu gün Azərbaycanda 10-dan artıq reabilitasiya mərkəzi var. Bölgələrdə belə reabilitasiya mərkəzləri yaradılıb və əlillər həmin mərkəzlərdə öz sağlamlıqlarını bərpa edirlər. Mərkəzlərdə müasir qurğular var, xüsusi idman növləri ilə əlil sağlamlığını bərpa edir".
Son on ildə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Belə ki, 2003-2013-cü illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb. Qeyd olunan müddətdə nazirliyin nəzdindəki bərpa müəssisələrində 70 min nəfərə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir.
Hərəkət məhdudiyyətli əlillər isə deyilənin heç də tam doğru olmadığını bildirirlər. Məsələn, Fatimə Ağalarovanın bildirdiyinə görə, Respublika Əlillərin Bərpa Mərkəzində əlillərin müalicəsi vərpası üçün şərait qənaətbəxş deyil: "Hamam və isti su tamamilə yoxdur. Hamamı ləğv edib palata kimi istifadə edirlər. Əlil arabasından istifadə edən əlilliyi olan insanlarin əlil arabası ilə tualetə girməyi qeyri-mümkündür".
Hərəkət məhdudiyyətli əlil Ramil Babayevin sölərinə görə, adıçəkilən mərkəzdə əlilliyi olan insanın tək qalması mümkün deyil. I qrup Qarabağ əlili Əliağa Rzayev bildirir ki, "Azərbaycandakı bərpa mərkəzlərinin heç birində əlillər üçün şərait yoxdur. Adicə ayaqyoluna araba ilə girəndə ikinci adama yer qalmır ki, orada sənə kömək etsin. Şağanda neçə milyona bərpa mərkəzi tikilib. Bir dənə stasionar yatağı yoxdur. Bizlər üçün heç bir şəraiti yoxdur. Hə tualeti, nə hamamı. Digərlərində də elə. Bunu gəzən adamlar üçün tikirlər".
Hərəkət məhdudiyyətli birinci qrup əlil Zaur Hacılının dediyinə görə, proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkir: "Bu əziyyətlərimin inkişafının qarşısını almaq məqsədi ilə əlillərin 16 Bərpa Mərkəzindən biri olan 6-cı mikrorayondakı Əlillərin Bərpa Mərkəzinə yazıldım və çox böyük bir ümidlə 4 ay növbəmi gözlədim. Vaxt gəlib yetişəndə zəng edib xəbər verdilər. Amma adıçəkilən xəstəxanaya gedəndən sonra məndə çox böyük bir təəssüf hissi yarandı. Əvvəla əlillərin Bərpa Mərkəzinin bina quruluşu elə bir şəkildədir ki, burada hərəkət məhdudiyyətli əlillərin hərəkəti çox çətindir. Məsələn, dəhlizlər arası keçid, otaqlara giriş və liftə giriş mənim kimi fiziki gücü az əlillərin araba ilə hərəkəti üçün əziyyətlidir. Belə ki, qapı keçidində maneə zolaqları var, hətta çox bahalı əlil arabası olsa belə 15 günlük müalicə müddətində araba sıradan çıxar. Tualet o qədər kiçikdir ki, kiminsə yardımı ilə ora girmək imkansızdır. İndi özünüz düşünün ki, əzələ zəifliyi olan bir adam tək başına tualet ehtiyacını necə qarşılasın?"
Zaur Hacılının bildirdiyinə görə, adıçəklən mərkəzdə hərəkət məhdudiyyətli əlillər üçün zəruri ləvazimatlar olmadığından normal müalicə kursu keçə bilməyib: "Əlillərin Bərpa Mərkəzinin ləvazimatları mənim kimi proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkənlər üçün qətiyyən uyğun deyil. Belə ki, masaj masasının yüksəkliyi o qədər hündürdür ki, nəinki anam, hətda atamın fiziki gücü ilə 3 gün o masaya qaldırılsam 4-cü gün atamın kiminsə yardımına ehtiyacı olar. Siz də razılaşarsınız ki, 60-70 kq əzələ zəifliyi olan bir adamı yüksəyə qaldırıb endirmək çox çətindir, məhz buna görə də 10 günlük müalicə müddətində 1 gün masaj olundum, onu da xahişlə xəstələrin birinin otağında edildim və bu üzdən masajdan imtina etdim.
Halbuki masaj mənim kimi xəstəyə çox vacibdir. USM otağında üzləşdiyim əziyyəti görsəydiniz... Otaq o qədər kiçikdir ki, 50 yaşındakı anam məni çox əziyyətlə USM masasına qoya bildi".
Zaur Hacılının bildirdiyinə görə, xaricdəki bu cür Mərkəzlərdə əlillərin hər cür rahatlığını təmin edən müxtəlif aparatlar və avadanlıqlar istifadə edilir: "Məsələn, 60-95 sm arasında endirilib qaldırala bilən elektirikli masaj masası. Arabadan hər hansı bir yerə və oradanda arabaya əziyyətsiz bir şəkildə qoyulmaq üçün liftlər mövcuddur. Əzələ zəifliyi olan əlil bir insanı götürüb qoymaq çox çətindir və bu cür multi-liftlərdən istifadə çox zəruridir. Mənim kimi proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkənlər üçün zəruri olan bir müalicə vasitəsindən biri də idmandır.
Mən Respublika Əlillərin Bərpa Mərkəzindəki 10 günlük müalicəm müddətində xəstəliyimə uyğun heç bir idman vasitəsi tapmadım. Sadəcə əl və qolumu 5-10 dəqiqəlik hərəkət etdirib və bir ucuna uyğun ağırlıqda bir qum torbası bağlanmış bir ipi əlimə bağlayaraq onu dartmamı istəyirdilər. Halbuki mənim kimi xəstələrdə belə bir güc yoxdur və üstəlik də bunun yaratdığı gərginlik insanın olan-qalan gücünü də yox edir. Bu da o deməkdir ki, o cür idman üsulu məqbul deyil.
Halbuki BioDEX şirkəti mənim kimi əzələ xəstələri üçün mükəmməl bir idman vasitələri təqdim edir. Bərpa mərkəzində olarkən avtomobil qəzasında və başqa qəzalar nəticəsində
beli sınmış insanların idman zamanı üzləşdiyi çətinlikləri gördüm. NeuroXcel şirkətinin məhsulları məhz belə insanların bərpa olunması üçündür. Sağlam insan üçün üzgüçülüyün nə qədər faydalı bir idman olduğune deməyə ehtiyac yoxdur.
İdmanın bu növü əlillər üçün xüsusilə əvəzedilməzdir. Normal vəziyyətdə əzələ zəifliyi olan əlilin sərbəst hərəkəti çox çətindir və çox zaman imkansızdır. Amma suda insanın hərəkəti asan olur və üstəlik suyun bədənə verdiyi enerjini hesaba alsaq, hovuzda idmanın əzələ zəifliyi olan əlil üçün nə qədər faydalı olduğunu aydın görmək olar. Təəssüf ki, Respublika Əlillərin Bərpa Mərkəzində bunu yalnız arzulamaq olar".
Zaur Hacılı əlillərin qarşılaşdığı vacib bir məsələni də qeyd etdi: "Mənim kimi əlil insanlar əzələlərinin mövcud gücünü qorumaq üçün üç aydan bir Bərpa Mərkəzində müayinə və müalicə almalıdır. Mən ora həmişə valideynimin müşayiəti ilə getmişəm. Amma artıq onlar da yaşa dolublar. Artıq ahıllığa doğru gedən valideyin kifayət qədər yaşı olan övladını üç aydan bir Bərpa Mərkəzində müayinə və müalicəyə apara bilmir. Bu acı bir həqiqətdir, müayinə və müalicədə ciddi əngəl yaradır. Mənim bu əngəli aradan qaldıracaq əsaslandırılmış bir təklifim var. Yaşadığım yerlə Əlillərin Bərpa Mərkəzi arasındakı məsafə 11 kmdir. Bunu bu günkü taksi tarifi ilə qiymətləndirsək, sadəcə gediş 10 manatdır. 15 günlük müalicə müddətində təkcə taksi haqqı toplam 300 manat edir. Bu məbləğı üç aydan bir ödəyə biləcək bir əlil vətəndaş tanımıram, varsa da 1-2 nəfərdir. Mən əlillər haqda qanuna əsaslanaraq təklif edirəm ki, ölkə daxilində mövcud 16 Əlillərin Bərpa Mərkəzlərindən heç olmasa birində əlil insanlar üçün uyğun bir avtomobil ayrılsın və 15 günlük müalicə müddətində həmin Mərkəzə aparıb-gətirsin. Şəxsən mən 55 manat müavinət almağıma baxmayaraq üç aydan bir 15 günlük müalicə müddətində 100 manat ödəyərəm ki, yoldakı zülümdən xilas olum. Əminəm ki bunu bir çox əlil insanımız da istəyər".
"Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova mətbuata açıqlamasında əlillərin sosial müdafiəsi istiqamətində atılan addımları yetərli saymadığını bildirir. Onun sözlərinə görə, əlillərə paylanan arabalar 1 il çəkmədən sıradan çıxır: "Mən matorlu əlil arabası istəmişdim. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəis müavininin imzasıyla mənə göndərilən məktubda yazılır ki, qeyd etdiyiniz reabilitasiya avadanlığının alınması üçün vəsait nəzərdə tutulmadığından məsələnin həllinə kömək göstərmək imkan xaricindədir. Reabilitasiya mərkəzlərinə gəlincə, ora heç gedə bilmirəm. Müraciət edəndə deyirlər ki, yer yoxdur. Məcbur olub rəsmi müraciətdən sonra, mənə dedilər ki, nə vaxt istəsəniz, göndərək, gedin. Deməli, getmək mümkün imiş".
Gülnarə Səlimova hərəkət məhdudiyyətli insanların nəqliyyat probelmlərinin həllinin vacib olduğunun bildirir: "Hər şey nəqliyyatdan başlayır. Əgər əlillərin nəqliyyat problemi həll olunsa, normal fəaliyyət üçün nəqliyyat imkanları yaradılsa, əlillər özlərinə uyğun işlə təmin olunar və kiməsə ehtiyac duymazlar. Bunun üçün liftli avtobuslar lazımdır ki, əlillər bir yerdən digərinə rahat gedə bilsinlər. Azərbaycanın bu kimi tədbirləri həyata keçirmək üçün kifayət qədər imkanları var. Ona görə də istəyirik ki, əlillərin bütün problemlərinin həlli istiqamətinlə lazımi addımlar atılsın".
Ülviyyə Tahirqızı