Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Dünyada bir əcnəbi tələbənin ölkəyə gətirdiyi illik vəsait ortalama 25 min dollardır. Türkiyədə bu rəqəm 4-30 min dollar arası dəyişir. Azərbaycanda isə bir xarici tələbənin xərclədiyi pul illik 4-10 min dollar təşkil edir.
Bu sözləri təhsil eksperti Kamran Əsədov Azərbaycan universitetlərində təhsil alan xarici tələbələr vasitəsilə ölkəyə gələn gəlirlər barədə danışarkən deyib. K.Əsədov bildirib ki, Azərbaycana daha çox Türkiyə, Rusiya, İran kimi ölkələrdən tələbələr gəlir:
“Amma daha potensiallı ölkələr Pakistan, Qazaxıstan, Türkmənistan, Monqolustan və ərəb ölkələridir. Ölkəmizdə xarici tələbələrin sayını artırmaq lazımdır. Bu, gəlirin də artmasına səbəb olur. Bu gün ölkəmizdə 5 minə yaxın əcnəbi tələbə var. Amma Azərbaycandan kənarda təhsil almağa gedənlərin sayı 40 mindən çoxdur. Bu həm vəsait, həm də beyin axını deməkdir. Xaricdə təhsil alan 40 min tələbəmizin ölkədən kənara apardığı vəsaitin miqdarı daha çoxdur”.
Ekspert bildirib ki, bunun qarşısını almaq üçün ölkəyə xaricdən tələbə qəbulunda yeni başlanğıca ehtiyac var:
“Bunun üçün öz xidmətimi təmənnasız olaraq təklif edirəm. Əminliklə deyə bilərəm ki, 1 il ərzində ölkəyə gələcək xarici tələbələrin sayını 15 minə qədər qaldırmaq olar. İndiyə qədər kənardan gələn tələbələrin sayının 6 mindən çox olmadığını nəzərə alsaq, pis nəticə olmaz.
Belə ki, "Stady in Azerbaijan" layihəsini həyata keçirmək üçün proqram təminatı, resurs, kadr potensialı tam şəkildə hazırdır. Amma heç kim bunda maraqlı deyil. Baxmayaraq ki, Prezidentin bununla bağlı bir neçə sərəncam və fərmanı var. Əvəzində təklif etdiyim layihəni Türkiyə və Ukrayna universitetləri bəyənib qəbul etdi və 6 ay ərzində müsbət nəticəsini də görürlər. Qardaş Türkiyəyə xaricdən gələn tələbə sayı 125 mindir və 2023-cü il üçün 250 min rəqəmini hədəf qoyublar. Ərazisi Bakının yarısı, daha dəqiq Neftçala rayon Dördlər kəndindən bir neçə dəfə böyük olan Sinqapura xaricdən gələn tələbə sayı 80 min nəfərdir. Onların hər biri gün ərzində azı 10 dollar xərcləsə, ölkəyə gələn vəsaitin miqdarının digər sektorlardan heç də az olmadığını görə bilərik”.