Cavad Heyətin köməkçisi İran səfirinə cavab verdi
"Cavad Heyətin İran səfirliyində olan vəsiyyətnaməsi köhnədir. Bu vəsiyyətnamə üç il əvvəl doktor Heyət tərəfindən səfirliyə təqdim olunub".
Bunu APA-ya açıqlamasında mərhum professorun ailə dostu və köməkçisi olmuş Zülfi Baxşəli bildirib.
Onun sözlərinə görə, səfirliyin açıqlamasında həqiqət var: "Cavad Heyətin Tehranda dəfn olunmasını yazdığı vəsiyyətnamə var, amma o köhnədir. Mən bildiyimə görə, orda üç yer göstərilmişdi, amma sonradan o vəsiyyətnamə dəyişdirilib. Çox güman ki, səfirlik köhnə vəsiyyətnaməni əsas götürüb. Həm də mən bu barədə geniş danışmaq istəməzdim, o qədər geniş məlumata malik deyiləm. Mərhumun qardaşı Məhəmmədrza Heyət məsələ ilə bağlı açıqlama verəcək".