ÜST: Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur Hadisə

ÜST: Təmasın izlənilməsi COVID-19-un yayılmasının qarşısını almaq üçün ən effektiv üsuldur

COVID-19-a yoluxanlarla təmasın izlənilməsi vacibdir.
Trend-in məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi bildirir ki, təmasın izlənilməsi COVID-19-a yoluxmuş şəxslə yaxın təmasda olmuş bütün insanların müəyyənləşdirilməsi deməkdir.
Yaxın təmasda olduğunuz insanların infeksiyaya yoluxub-yoluxmadığının öyrənilməsi və koronavirusa yoluxma zəncirinin qırılması üçün bu halların idarə edilməsi virusun yayılmasının qarşısını almaqda ən effektiv üsuldur.