Azərbaycanın hərbi prokuroruna yeni müavin təyin edilib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Fuad Məmmədov Respublika Hərbi prokurorunun müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, F.Məmmədov buna qədər Respublika Hərbi Prokurorluğunda şöbə rəisi olub.