Sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarda qəbul imtahanları keçirilir Hadisə
- 10 İyul 2020 09:57
- 1 449
Dövlət İmtahan Mərkəzi bu gün karantin rejimi sərtləşdirilməyən şəhər və rayonlarda əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin qəbul imtahanının birinci mərhələsi, həmçinin V ixtisas qrupu və 11 illik bazada kolleclərə qəbul imtahanı keçirir.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, İmtahanlar sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda – Ağdaş, Göyçay, Qazax, Qobustan, Qusar, Ağstafa, Ağsu, Kürdəmir, Qəbələ, Şabran, Ağdam, Beyləqan, Gədəbəy, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz, Astara, Biləsuvar, Füzuli, İmişli, Neftçala, Şəmkir, Tərtər, Yardımlı, İsmayıllı, Qax, Ucar, Xızı, Zaqatala, Balakən, Oğuz, Quba, Şamaxı, Zərdab, Ağcabədi, Daşkəsən, Şirvan, Naftalan, Saatlıda keçirilir.
İmtahanda yalnız ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.
Qeyd edək ki, ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da imtahan verirlər.
Bundan əlavə, bu gün imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçirilir.
Xatırladaq ki, həmişə olduğu kimi, əvvəlki illərin məzunları şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Cari ilin məzunları isə bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.
Digər şəhər və rayonlar üzrə keçiriləcək buraxılış (qəbul) imtahanlarının tarixləri barədə məlumat veriləcəkdir.
- 00:03
- 497
- 13 Yanvar 23:59
- 469
- 13 Yanvar 23:57
- 490
-
17-19 yanvar 2025-ci il tarixlərində 10-cu "Arpaçay Open" turniri keçiriləcək
-
Husilər İsrail paytaxtına zərbə endirdi
-
Lənkəranda dənizə çıxan 2 balıqçıdan xəbər yoxdur
-
Bayden Kaliforniya yanğınlarına yardımı artırmaqla bağlı göstəriş verib
-
G7 sammiti 15-17 iyun tarixləri arasında Kanadada keçiriləcək
-
Təyyarə qəzasından 4 gün sonra ayılan şəxsdən xəbər var
-
Rusiya və İran özünü güclü hiss etdikcə... - Rutte
-
Gəncədə ağır qəza: yaralılar var
-
"Fənərbağça" səfərdə qələbə qazandı
-
AB-nin Ukraynaya yardımı 1 milyardı keçdi
-
Fransa səfiri İran XİN-ə çağırıldı: Buna görə etiraz edildi
-
Los-Anceles yanğınlarında vətəndaşlarımız da yaralanıb?
-
Lənkəranın bu ərazilərində elektrik verilişi dayandırılır
-
Çin qəbul etmir: 2 milyon barrel rus nefti dənizdə “üzür”
-
Şəmsəddin Xanbabayev vəfat etdi
-
Lavrovun Bayramova məktubu siyasi sifarişdir - XİN
-
Azərbaycanın tarixi paytaxtında aksiya: metro pulsuz oldu
-
Bizi Aİİ-dən qovacaqlar: türklərlə necə rəqabət aparacağıq?
-
Rəsmi Bakıdan Uruqvayla bağlı paylaşım
-
Monqolustan prezidenti 20 ildən sonra Türkiyəyə gedir
-
Türkiyənin yeni səfirindən Azərbaycanla bağlı paylaşım
-
Ərdoğandan vətəndaşlara müjdə: hər uşağa görə aylıq...
-
Zelenski ABŞ-a yardım təklif etdi: 150 nəfər hazırdır!
-
MİT rəhbəri HƏMAS Siyasi Bürosunun rəsmiləri ilə danışıb
-
Pentaqon Rusiyanın Ukraynada əlavə uğurlar əldə etdiyini etiraf edib
-
Livan prezidenti Navaf Salama yeni hökuməti formalaşdırılmağı tapşırıb
-
Ukrayna hazırda Rusiya ilə danışıqlar apara bilmir
-
9 PUA stansiyaya hücum etdi, Kremldən dərhal reaksiya
-
Trampın 3 ölkəni “işğal planı” – Sonda 4-cü ölkə vurulur
-
Tayson Fyuri karyerasını başa vurdu
-
Əhmədian Bakı və İrəvana niyə səfər etdi? – İran XİN
-
Bakı aeroportunda qəfil ölüm baş verdi
-
SOCAR-dan Türkiyədə şəbəkələrin satışı ilə bağlı açıqlama
-
Zəngəzurla bağlı ayrıca razılaşma var, təhvil veriləcək - Akopyan
-
Dollar ən yüksək səviyyəyə qalxdı
-
Nəvaf Salam Livanın Baş naziri olmaq üçün parlamentin səs çoxluğunu qazanıb
-
Piterdə sərnişinlər 27 saatdır aeroportda qalıb - Səbəb
-
Sabirabadda əməliyyat: 6 kq narkotik və avtomat...
-
Mirzoyan ABŞ-a gedir, Blinkenlə görüşəcək
-
Türkiyənin Trampdan gözləntiləri nələrdir? - Çelik
-
Syerra-Leone liderindən Əliyevə: Bu, məni çox kədərləndirdi
-
Prokurorluq Nəzrinin ölümü ilə bağlı məlumat yaydı
-
Qusarda meşədən qadın meyiti tapıldı
-
Bəxtiyar Hacıyevə daha bir cəza: əmlakı müsadirə olunacaq
-
Geomaqnit qasırğası gözlənilir?
-
Erməni deputat avtomobil qəzasında ölüb - FOTO
-
Sürücülərin nəzərinə: Bu mərkəzlərin iş qrafiki dəyişdi
-
İlham Əliyev Əbu-Dabidə Nəhyanla görüşdü
-
İranla Avropa ölkələri arasında qapalı danışıqlar başladı
-
Rusiyada hərbi hospital yanır: 57 nəfər təxliyə olundu
-
"Qarabağ" Juninyo ilə bağlı rəsmi açıqlama yaydı
-
Türkiyə səfirliyi təkzib etdi: Yeni səfir Bakıda deyil
-
Dünyanın ən güclü orduları:Neçənci yerdəyik?
-
Paşinyan Koşta ilə danışdı: Sülh gündəmi
-
Hindistan vətəndaşı Abşeronda faciəvi şəkildə öldü
-
Samir Şərifov daha bir vəzifəsini itirəcək
-
Bakıda 3 nəfərin 23 min manatı dələduzluqla ələ keçirildi
-
“Təcili yardımın gecikməsində əsas səbəb tıxac məsələsidir”
-
Azərbaycanda qəbiristanlığı olmayan yeganə şəhər - Video
-
Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəldi