Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Azərbaycanda sərt karantin rejiminin uzadılmasında əsas məqsəd insanların ünsiyyətini məhdudlaşdırmaq, xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
C.Məmmədov bildirib ki, Azərbaycan ilk gündən pandemiya ilə mübarizə istiqamətində operativ və adekvat qərarlar qəbul etdi.
Onun sözlərinə görə, ilk günlər ölkə virusla mübarizədə yaxşı nəticələr əldə etdi, infeksiyaya yoluxanların sayı az idi: “Hətta Azərbaycan təcrübəsi digər ölkələrə nümunəvi model kimi göstərilirdi. Hamı tezliklə virusun yox olacağını düşünürdü. Ancaq təəssüf ki belə olmadı.
Təəssüf ki sonrakı dövrdə bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi nəticəsində virusa yoluxanların sayı sürətlə artdı”.
Deputat bildirib ki, yenidən sərt karantin rejiminin uzadılmasında əsas məqsəd insanların ünsiyyətini məhdudlaşdırmaq, xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır:
“Əgər insanlar bu qaydalara əməl etsələr, karantin rejimi daha tez başa çata bilər. Hamı bilməlidir ki, qaydalara əməl etməsələr, vəziyyət daha ağır olacaq. Real vəziyyətin təhlili yenidən sərt karantin rejiminin uzadılmasını zəruri edir. Əgər bu qaydalara əməl etməsək dünyasını dəyişən insanların sayı sürətlə artacaq. Hər birimizin ətrafında bu virusdan dünyasını dəyişən insanlar olacaq.
Məlum olduğu kimi, hər bir ölkənin konkret sayda xəstə qəbul etmək imkanı var. Elə ola bilər ki, artıq xəstəxanalarda yer olmasın. Buna qəti imkan verməməliyik. Bu hər birimizdən asılıdır. Tez-tez sual verirlər ki, virusun qarşısı nə zaman alıncaq. Cavab belədir: İnsanlarımız qaydalara nə qədər əməl etsələr, bir o qədər tez bu bəla bizim üstümüzdən gedəcək.
Hər bir vətəndaş diqqətli olmalı, özünü və yaxınlarını qorumalı, birlik və bərabərlik nümayiş etdirməlidir. Bu həm də vətəndaş borcudur. Hamı bilməlidir ki, müvəqqəti çətinlikdir və müəyyən zamandan sonra həyat öz axarına qayıdacaq".