Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Azərbaycanda indiyə qədər yaşı verifikasiya (yaşın dəqiqləşdirilməsi) edilən uzunömürlülərin təxminən 50 faizinin sənəddəki yaşı ilə əsl yaşı fərqlənib.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
Onun sözlərinə görə, Azərbaycanda indiyə qədər 400 nəfərə yaxın uzunömürlünün yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi) aparılıb. Yaşları verifikasiya olunanlar əsasən cənub bölgəsində və İsmayıllıda yaşayan uzunömürlülərdir:
“Çox zaman verifikasiya zamanı onların sənəddə göstərilən yaşları öz təsdiqini tapmır. Lakin 1927-28-ci ilə qədər anadan olanların qeydiyyatı daha qeyri-dəqiq aparılıb. Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Yaş verifikasiyası aparıldıqda isə bu rəqəmlər xeyli aşağı düşür”.
U.Həşimova qeyd edib ki, yaşı verifikasiya edilənlərin təxminən 200-250 nəfərinin əsl yaşı sənəddə göstəriləndən 2-3 il fərqlənib: “Yaşı 30 il fərq edən insanlar da olub. Bəzilərinin doğum tarixi sənəddə hətta 1875, 1892-ci il yazılmışdı. Qəbələnin Vəndam kəndində yaşayan 1875-ci il təvəllüdlü qadının yaşının verifikasiyası zamanı məlum oldu ki, onun əsl yaşı 85-dir. Lənkəranda yaşayan, sənədində doğum tarixi 1884-cü il təvəllüd yazılan qadının yaşını verifikasiya edəndə isə onun yaşının heç 80 olmadığı üzə çıxdı”.
Xatırladaq ki, Azərbaycanda yaşı 90-dan yuxarı olan təxminən 10 000 nəfər uzunömürlü var.