Novruz bayramı ərəfəsində əfvin olub-olmayacağı hələ bilinmir. Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev "Media forum" saytına belə deyib.
Deputat bildirib ki, əfvlə bağlı komissiya iclasının vaxtını prezident İlham Əliyev müəyyənləşdirəcək: "Hər bayram ərəfəsində əfvin olacağı xəbəri yayılır. Amma hələ ki, komissiyanın iclası keçirilməyib. İclasın dəqiq tarixini prezident İlham Əliyev müəyyənləşdirir. Daha sonra komissiya sədri iclasın vaxtı ilə bağlı müvafiq qərar qəbul edir. Hələ ki, məndə rəsmi məlumat yoxdur. Bu səbəbdən əfvin olub-olmayacağını nə təsdiq, nə də təkzib edə bilərəm".
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyib ki, əgər Novruz bayramı ərəfəsində əfv olmasa, mütləq may ayında olacaq: "Azərbaycan may ayından Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayacaq. Bu səbəbdən may ayında əfvin olması gözlənir".