İran Bakı və Ankaraya dil uzatdı - ABŞ-dan reaksiya
1 Yanvar 23:01
1 Yanvar 23:01
1 Yanvar 19:46
30 Dekabr 2024 23:51
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fevralın 12-də “Postpandemiya dövründə vergi sistemi” mövzusunda sahibkarların iştirakı ilə videoformatda konfrans keçiriləcək.
Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, konfransda pandemiyanın sahibkarlıq subyektlərinə təsiri və postpandemiya dövründə vergi sistemi üçün çağırışların müzakirə edilməsi nəzərdə tutulur.
Konfrans zamanı sahibkarlıq subyektləri müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini Dövlət Vergi Xidmətinə ünvanlaya bilərlər.