Naxçıvan Muxtar Respublikasında (NMR) analoq televiziya siqnalının yayımı dayandırılıb. Bu barədə "Trend"ə muxtar respublikanın telekommunikasiya bazarındakı mənbə bildirib.
Agentliyin müsahibinin sözlərinə görə, analoq yayım tamamilə rəqəmsal yayımla əvəz edilib və NMR-in bütün yaşayış məntəqələri onunla əhatə olunub.
Hazırda Naxçıvan şəhərinin əhalisi sosial rəqəmsal paketdən istifadə edir. Bura bütün ümumrespublika telekanalları, Türkiyənin TRT telekanalı və 2 yerli telekanal ("Kanal-35" və "Naxçıvan TV) daxildir.
NMR ərazisində rəqəmsal siqnalın yayımı üçün 6 iri və 43 kiçik TV ötürücü quraşdırılıb.