“Aslan Aslanovla bağlı məsələ hüquq-mühafizə orqanlarının işidir“ Hadisə
Siyavuş Novruzov: "Bu məsələ araşdırılmalıdır, əgər ona böhtan atılırsa, böhtan atanlar cəzalanmalıdır, əgər həqiqətən onun bu işdə əli varsa, o zaman qanunun tələbi həyata keçirilməlidir"
"Aslan Aslanovla bağlı məsələ hüquq-mühafizə orqanlarının işidir. Bu məsələ araşdırılmalıdır, əgər ona böhtan atılırsa, böhtan atanlar cəzalanmalıdır, əgər həqiqətən onun bu işdə əli varsa, o zaman qanunun tələbi həyata keçirilməlidir".
Bunu APA – ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın Siyasi Şurasının üzvü, Şəmkir rayonun keçmiş icra başçısı Aslan Aslanova qarşı Lamiyə Quliyevanın işi ilə bağlı ittihamlara münasibət bildirərkən deyib.
O qeyd edib ki, bütün hallarda vəzifəsindən, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında cavabdehdir: "Dövlət qulluğunda çalışanların, YAP üzvü olanlar isə qanunlara hörmət etmək iki qat məsuliyyət deməkdir. Onlar ilk növbədə qanunun aliliyinin pozulmamasına çalışmalıdırlar. Bu baxımdan burada kim olursa olsun, prokuror, məhkəmə olsun, kim qanunu pozubsa dərhal cəzalanmalıdır".
S. Novruzov onu da deyib ki, bu gün ölkədə ciddi islahatlar aparılır, Azərbaycanda xeyli işlər görülür, qarşıdan Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları gəlir və sair məsələlərə baxmayaraq Lamiyə Quliyevanın işinin mətbuatı zəbt etməsindən hərə öz niyyəti üçün istifadə edir: "Bəzi müxalifət mətbuatında bundan dövlətin, yaxud bəzi dövlət qurumlarının rəhbərlərinin əleyhinə istifadə edirlər, beynəlxalq aləmdə göstərməyə çalışırlar ki, Azərbaycanda həbsxanalarda belə hadisələr baş verməklə qanun pozulur. Digərləri də tamam başqa formada – qisasçılıq, intiqam alma məqsədi ilə istifadə etməyə çalışırlar. Bir sözlə ayrı-ayrı qüvvələr ayrı – ayrı formada öz niyyətləri üçün istifadə edirlər. Mən demək istəyirəm ki, Azərbaycan penitensiar sistemində xeyli uğurlu işlər gedir. Mədət Quliyev ora rəhbər təyin ediləndən sonra həbsxanaların tikilməsi, regionlara köçürülməsi, hansı ki bu məhkum yaxınlarının gediş gəlişini asanlaşdırır, aparılan islahatlar göz önündədir və nizam – intizam qaydaları və digər məsələlər çox ciddi şəkildə qorunur. Dünyanın hər yerində cinayətkar aləm var. Qəsdən adam öldürən də var, ehtiyatsızlıqdan cinayət törədən də var, oğurluq edən də var, dələduzluq edən də var və sair. Yəni dünyanın hər yerində bu kimi hallar baş verir. Amma heç kimin törətdiyi cinayət onun siyasi mənsubiyyətindən asılı olmayaraq törətdiyi əmələ görə cavab verməlidir. Bu məsələdə də kimin nə təqsiri varsa kimliyindən, hansı partiyanın üzvü olmasından asılı olmayaraq qanun qarşısında cavab verməlidir".
Qeyd edək ki, Şəmkirin sabiq icra başçısı Aslan Aslanov ANS telekanalına müsahibəsində YAP Siyasi Şurasının üzvü olduğunu, barəsində yazılanların təxribat xarakteri daşıdığını deyib: " Mən dövlətçiliyə xidmət, onun qanunlarına riayət edirəm".