“Ay gəlin, qaçma, biz azərbaycanlıyıq” Hadisə
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edən erməni silahlı birləşmələri 366-cı alayın köməyi ilə Azərbaycanın bu gözəl guşəsində insanlıq əleyhinə ən qəddar cinayətlər törədərək bir qəsəbəni yer üzündən sildi.
Xocalı faciəsində sağ qalmış soydaşlarımızın ermənilər tərəfindən qətlə yetirilməsinin qarşısını almaq üçün bir sıra əməliyyatlarda iştirak etmiş, döyüşçü yoldaşları ilə birlikdə 50-dən çox sakini girovluqdan qurtarmış 2-ci qrup Qarabağ əlili Oruc Cabbarov Publika.az-a müsahibəsində qətliamın qurbanlarının başına gətirilmiş müsibətlərdən danışıb
Oruc Cabbarov həmin illər Ağdam döyüşçülərinin komandiri olub: "O vaxt Əsgəranın yaxınlığında Ağdamın sonuncu, 18-ci postunda xidmət edirdim. Döyüşçü yoldaşlarımın bir hissəsi öz həyatlarını riskə ataraq Xocalı sakinlərinin xilası əməliyyatlarına başladılar. O zaman 30 yaşım vardı. Ermənilərin saysız-hesabsız vəhşiliklərinin şahidi olmuşam. Onlar insanlığa sığmayan elə vəhşiliklər edirdilər ki, bunu təsvir etməyə adamın dilinin gücü çatmır. Hətta bəzi girovlarımızın başına elə oyun açırdılar ki, bu vəhşilklərin hansısa "insan" tərəfindən edildiyinə inanmırsan. Papirosu yandırıb bəzilərinin sinəsinə basmışdılar. O vaxt əsgərlər təcrübəsi olan döyüşçüləri özlərinə rəhbər seçir, onu komandir adlandırırdılar. Mən də komandir idim. Hadisələr fevralın 25-də ən yüksək həddə çatdı. Səhər atışma başladı. Həmin vaxt postlarımızda döyüş növbəsi çəkirdik. Döyüşçü yoldaşlarımız bir-birinə ayrı-ayrı rayonlardakı hadisələr barədə xəbər verirdilər. Ermənilərin postları bizdən yüksəkdə idi. Xocalı sakinlərinin yolunu açmaq üçün Ermənilərin hansısa postunu ələ keçirmək barədə heç kəs göstəriş vermədi. Çünki vahid komandanlıq yox idi. Günorta saat 3-4 radələrində atışma şiddətləndi. Bir qədər sonra gördük ki, hər tərəfdən ağır artilleriya mərmiləri yağır. Başa düşdük ki, xocalılıları mühasirəyə alıb qırırlar. Bu yolları tanıyırdıq. Ona görə sakinləri xilas etmək məqsədilə kəşfiyyat xarakterli əməliyyata başladıq. Məqsədimiz ermənilərin yüksəklikdəki postlarından birini ələ keçirmək idi. Xocalıdan qaçanlar bu yolla xilas edilə bilərdi. "Qara qaya" adlandırılan həmin postun arxasında onların iki zirehli maşını vardı. Şəxsi heyətlərinin sayı isə 12-15 nəfər idi. Bu yüksəklik tərəfimizdən alınmasaydı, Ağdama tərəf qaçıb xilas olunmaq istəyən Xocalı sakinləri bu postdakı ermənilər tərəfindən qətlə yetiriləcəkdi. Qara qayanın sağındakı Kətik, Naxçıvanik ermənilərin məskunlaşdıqları postlar idi. Az sayda əsgərlə postdakı 2 erməni əsgərini məhv etdik, axşam saat 9-da yüksəkliyi ələ keçirdik. Digər düşmən əsgərləri geri çəkildilər, bununla Xocalıdan çıxıb Ağdama istiqamətlənən sakinlərin yolu açıldı. Uzaqdan mülki əhalinin mühasirəyə alındığını, onların zorla harasa aparıldığını görürdük. Çoxlarını incidir, döyə-döyə aparırdılar. Yol açıldıqdan sonra irəlilədik ki, mülki sakinləri qətlə yetirmək istəyən ermənilərin qarşısını alaq".
Onun sözlərinə görə, bəzi Xocalı sakinləri yolda soyuqdan dona da bilərdilər. Bundan sonra Ağdam könüllüləri köməyə gəliblər: "Təxminən 100-dən çox Xocalı sakini beləcə ölümdən xilas oldu. Tək-tük dağ cığırları vardı ki, sakinlər həmin yollar vasitəsilə qaçıb ölümdən xilas olmuşdular. Yolu tanıyanlar və Ağdam-Gülablı istiqamətindən qaçanlar ermənilərin güllələrindən yayına bildilər".
"Qardaş, yoldaşını vurdular..."
Müsahibimiz bildirdi ki, əgər fevralın 26-da döyüşçü yoldaşları ilə həmin yolu açmasaydı, mülki sakinlər xilas olmayacaqdı: "Bir neçə döyüşçü yoldaşımla qərara aldıq ki, insanlarımızı xilas edək. Xilas əməliyyatına başladıq. Bir neçə yüz metr irəliləmişdik. Artıq ermənilərin mövqelərinə yaxınlaşırdıq. Əsgəran qalası istiqamətində idik. Qara qayadan 1 kilometr irəlidə erməni kəndi yerləşirdi. Yoldaşlarım Samir və Xosrovla irəliləyəndə qarşıda yaralı gördük. Onlardan biri dedi ki, Oruc, sağa və sola bax, mən yaralıları gətirim. Dağın döşündəki yaralını xilas etməyə başladıq. Amma hər şeydən ehtiyat edirdik. Xeyli irəliləmişdik deyə düşünürdük ki, ermənilər arxadan yolumuzu kəsə bilərdilər. Sən demə, xilas etmək istədiyimiz şəxs, yəni ermənilərin yaraladığı mülki sakin bizə işarə etmək istəyirmiş ki, burada xeyli sayda Xocalı girovu var. Ermənilərin onlarla sakini girov saxlamalarından xəbərimiz də yox idi. Üstəlik, hər tərəfimiz ermənilərlə dolu idi. Xosrov Məmmədov yaralı sakinə yaxınlaşdı. Hiss etdim ki, vəziyyət getdikcə daha da pisləşir. Arxaya çevriləndə 3-4 silahlının bizə yaxınlaşdığını gördüm. Əvvəl elə bildim ermənilərdir. Neftbaza tərəfindən gəlirdilər. Samirə dedim ki, axı sənə tapşırdım arxanı qoru, bizi mühasirəyə ala bilərlər. Sən demə, gələnlər özümüzünkülər imiş. Çağırsam da Xosrov mənə cavab vermədi. Birdən yaxınlığındakı kolluqdan bir qadın başını qaldırıb qışqırdı ki, qardaş, yoldaşını vurdular, əyil, yoxsa səni də vuracaqlar. Qadın qışqıraraq xəbərdar etməsəydi, ermənilər məni də vurub, girovları aparacaqdılar. Allah mənə elə imkan verdi ki, bir anda silahımı qaldırıb, qarşıdakı düşmən əsgərini vurdum. Bircə an geciksəydim, o, məni öldürəcəkdi. Elə bu an gördüm ki, Xosrovu vurublar. Məni ölümdən xilas etmiş qadın kolluqda gizlənmişdi. Başa düşdük ki, burda xeyli Xocalı sakini var. Onların sayı 50 nəfər olardı. Qışqırdıq ki, ətrafda nə qədər Xocalıdan olan sakin varsa, heç kim qorxmasın, hamı çıxsın üzə. Biz Ağdam könüllüləriyik. On doqquzuncu postun əsgərləriyik. Sizi xilas etməyə gəlmişik. Bunu deyəndə hamı üzə çıxdı. İnsanların sevinclərinin həddi-hüdudu yox idi. Hamısı uşaqlar və qadınlar idi. Aralarında 3, 4, 6 yaşlı azyaşlılar da vardı".
Girovluqdan azad edilən Xocalı sakinləri həyəcan içində döyüşçülərə deyiblər ki, ehtiyatlı olun, ermənilərdən birini öldürsəniz də, hələ 5-6 düşmən əsgəri var: "Onlar mülki sakinləri Ermənistana aparmaq istəyiblər. Bizə dedilər, girovları xilas etməyə gəlmiş neçə əsgərimizi və onları xəbərdar etmiş mülki sakinləri qətlə yetiriblər. Bizim sayımızın az olduğunu uzaqdan görüblər. Girovların bəzilərini qabağa buraxmışdılar ki, yaxınlaşaq. Məqsədləri o imiş ki, bizi də yaxına buraxıb qətlə yetirsinlər. Məni xilas etmiş qadın da belə addım atmaqla həyatını risk altına qoymuşdu. Əgər mən ermənini öldürməsəydim, düşmən məni və xəbərdar edən qadını da güllələyəcəkdi. Biz elə bilirdik ki, orada cəmi bir-iki yaralı var".
Ağdam müdafiə batalyonunun könüllüləri buna görə az sayda əsgərlə xilas əməliyyatına başlamışdılar: "Xocalı sakinlərinin xilas anlarını əks etdirən fotolarda mən də kadra düşmüşəm. Qucağımdakı uşaq isə girovluqdan xilas etdiyim azyaşlı Xocalı sakinidir. Həmin fotoları türk fotoqrafı Əli çəkib".
"Bircə dəqiqə geciksəydik..."
Oruc Cabbarov döyüşçü yoldaşları ilə birlikdə mülki sakinlərin xilas əməliyyatını uğurla başa çatdırıb. Üstəlik, dinc sakinlərə divan tutmaq istəyən qatilləri də məhv edib: "Əlli Xocalı sakinini xilas edib Qara qaya istiqamətinə gətirdik. Girovluqdan xilas etdiyimiz sakinlər dedilər ki, onları mühasirəyə almış 4-5 erməni əsgəri bizim gəlişimizi görcək, qaçaraq meşədə gizləniblər. Onların gizləndikləri yeri müəyyənləşdirib mühasirəyə aldıq. Karıxdılar deyə, hamısını bir-bir tapdıq. Bizim döyüşçülərdən 4 nəfər köməyə gəlmişdi.
Dağ, meşəlik ərazilərdə axtarışlara başladıq. Biri ayağından yaralanmışdı, sürünə-sürünə qaçıb kolluqda gizlənməyə çalışırdı. Lakin onu yaxalayıb Xocalı sakinlərinə qarşı etdiyi vəhşiliklərin qisasını aldıq. Qaçıb gizlənməyə çalışan ermənilərin aralarında biri də vardı. Əgər bircə dəqiqə geciksəydik, o, öz-özünü qarın altında gizlədəcəkdi. Onu tutanda mənə dedi ki, ara məni öldürmə. Mən Vitalikə yaxın adamam. Vitalik o vaxt erməni əsirlərinin dəyişdirilməsi ilə məşğul idi. Qarın altından tapdığımız erməni əlavə etdi ki, məni öldürməyib girov götürsəniz, əvəzimdə nə istəsəniz, Vitalik onu sizə verəcək. Mən imkanlı erməniyəm. Yeri gəlmişkən qeyd edim ki, yeznəm və qardaşım yanvarın 29-da Ağdamdan Şuşaya uçan vertolyotda ermənilər tərəfindən vurulmuşdu. Nəticədə vertolyotdakılar həlak olmuşdular. Yalnız qardaşım və yeznəm vertolyotdan tullanmaqla xilas olmuşdular. Mənim ermənilərə nifrətimin, kin-küdurətimin həddi hüdudu yox idi. Öz-özümə dedim ki, bu ermənini qardaşımın məzarının üstünə aparıb öldürəcəm. Elə bunu demişdim ki, döyüşçü yoldaşım hirsləndi ki, nə danışırsan, sən burdan diri erməni aparmaq istəyirsən? Mən döyüşçü yoldaşımın könlünü almaq üçün qərarımı dəyişib, Xocalı sakinlərini qətlə yetirmiş ermənini güllələdim. Düşmən əsgərlərinin hamısını tapıb bir-bir qisasımızı aldıq".
Ermənlər bir neçə gün sonra öldürülən əsgərlərin meyitlərini istəyiblər: "Allah Milli Qəhrəman Allahverdi Bağırova rəhmət eləsin! Düşmənlərimiz ona təklif etdilər ki, öldürdüyümüz ermənilərin müqabilində neçə Xocalı sakininin meyitini tələb etsək, o sayda da meyit verəcəyik. Biz bu işlərə qarışmırdıq. Ermənilər öldürülməməsi üçün yalvaran düşmən əsgərinin müqabilində çoxlu Xocalı sakinin meyitini təklif edirdilər. Həmin ermənini isə güllələdiyimdən onun meyitinin yerini ancaq mən bilirdim. Gedib onun və digər erməni dığalarının leşini gətirdik".
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov həmin erməni əsgərinin leşi müqabilində 100-dən çox Xocalı şəhidinin meyitini geri aldı. Həmin şəxslər neytral ərazidə qalmış və öldürülmüş Xocalı sakinləri idi: "Atışa-atışa Xocalı sakinlərini Ağdam istiqamətində gətirdik. Qara qayada post quruldu. Ağdam sakinləri girovluqdan azad etdiyimiz xocalılılara paltar, ərzaq verdi, onları öz evlərində yerləşdirdilər".
"100 Xocalı şəhidinin meyitini gətirə bildik"
Ağdam batalyonunun döyüşçüləri bundan sonra digər əməliyyatlarda iştirak edərək, soydaşlarımızı xilas etməyə başlayıblar: "Bəzilərinin meyitlərini gətirdik. Girovların, yaralıların, itkin düşənlərin xilası üçün hazırlanan əməliyyatlara başlayanda Xocalıda sakinlərimizin başına hansı vəhşiliklərin gətirildiyini öz gözlərimizlə gördük. Mənimlə birlikdə bu əməliyyatda Xosrov Məmmədov, Milli Qəhrəman Canpolad Rzayev və döyüşçü yoldaşım Samir iştirak edirdiər. Bu əməliyyatlar düz yeddi gün davam etdi. Xocalı sakinləri gəlib deyirdilər ki, filan şəhidin meyiti flan yerdə qalıb. Həmin vaxt bu ərazilərdəki postda biz dayanırdıq. Gedib meyitləri qarın altından tapıb qucağımıza alır, gətirirdik. Təxminən 100 Xocalı şəhidinin meyitini gətirə bildik".
Onun sözlərinə görə, hal-hazırda Ağdamın Quzanlı qəsəbəsində yaşayan Xocalı sakini də o zaman təsadüf nəticəsində xilas olunub: "Bizə dedilər ki, filan yerdə ermənilər Xocalıdan olan sakini qətlə yetirib. Fevralın 27-də həmin sakinin meyitini gətirməyə getdik. Artıq ermənilərin mövqelərinə tərəf keçmişdik. Həmin vaxt qardaşım şəhid olmuşdu deyə, saqqal saxlayırdım. Qəfil qarşımıza qucağında 1 yaşlı uşaq olan bir qadın çıxdı. O, qaçmağa başladı. Məni saqqallı görüb elə bilmişdi ki, erməniyəm. Qışqırdıq ki, ay bacı qaçma, biz Ağdam döyüşçüləriyik. Qadın bizə inanmayıb, qaçmağa davam etdi. Yenə qışqırdıq ki, ay gəlin, qaçma, biz azərbaycanlıyıq. Lakin qadın yenə bizə inanmadı. Özü də ermənilərə tərəf qaçırdı. Onu qovub tutduq. Başa saldıq ki, ay bacı, biz meyitləri aparmağa gəlmişik, ağdamlıyıq. Ayaqları donmuşdu, çünki ayaqqabıları yox idi. Samirə dedim ki, uzunboğaz çəkmələrini çıxar ver ona. O da ayaqqabılarını qadına verdi. Deyirdik ki, bacı, uşağı ver aparaq, öz mövqelərimizə tez çatdıraq. Amma etibar edib qucağındakı körpəni bizə vermirdi.
Bundan sonra gedib meyitləri də çiynimizdə gətirdik. Sonradan da bir neçə insanı girov düşməkdən xilas etdik.
Fevralın 27-də bizi erməni bilib, qaçmaq istəyən qadını və uşağını kəndə gətirdik. Bir müddət kəndimizdə yaşadı. Uşağı yuna bükdük, ona paltar geydirdik. Həmin qadın hal-hazırda Quzanlıda yaşayır. Yeri gəlmişkən, Xocalı faciəsi baş verən günlərdə bir yaşı olan uşaq ötən il 24 yaşında avtomobil qəzasında dünyasını dəyişdi. Hüzr mərasimində iştirak edəndə anası ağı kimi dedi ki, Oruc müəllim, kaş o vaxt bizi xilas etməyəydin. Oğlumu böyütdüm, amma bu yaşda itirdim".