DSMF Ağcabədidə “Açıq qapı günü”-vətəndaş forumu keçirib Hadisə
Tərlan
DSMF "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Ağcabədidə regional "Açıq qapı günü"-vətəndaş forumu keçirib. "Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır" adlı tədbirdə sığorta ödəyicilərini və pensiyaçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq orqanlarla birgə həyata
keçirdiyi tədbirlər nəticəsində işləyənlərin sosial müdafiəsinin və gələcək
pensiya təminatı hüquqlarının qorunması məqsədilə qeyri-leqal əmək
münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqlarının süni surətdə aşağı
məbləğlərdə müəyyənləşdirilməsi hallarının qarşısının alınması təmin
olunmaqdadır. Görülən tədbirlərin uğurla davam etdirilməsi nəticəsində 2014-cü il ərzində DSMF-nin gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 223 mln. manat, sosial sığorta gəlirləri isə 10,2 faiz və ya 160,8 mln. manat artıb.
Bu barədə fevralın 24-də Fondun "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq Ağcabədidə keçirdiyi "Sosial sığorta haqqının ödənilməsi gələcəyinizin təminatıdır" adlı "Açıq qapı günü"-vətəndaş forumunda məlumat verilib. Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan regional tədbirə Ağcabədi, Laçın Zərdab və Ucar rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb. Forumda çıxış edən DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, ölkədə həyata keçirilən sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi
artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. DSMF-nin genişləndirilmiş informasiya komunikasiya şəbəkəsi vasitəsilə hər bir sığortaolunana fərdi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanı yaradılıb ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə istiqamətlənib.
2014-cü ildə 6 yeni elektron xidmət aktivləşdirilərək "Elektron hökumət"
portalına inteqrasiya edilib. "Elektron hökümət" portalının statistikasına
əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutan DSMF-nin elektron xidmətlərindən il ərzində Fondun həm öz saytı, həm də "elektron hökumət portalı" və "elektron ödəniş portalı" vasitəsilə ümumilikdə 1 milyon 380 minə yaxın istifadə sayı qeydə alınıb. Eyni zamanda, əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında təşkil edilmiş yardım masaları fəaliyyətini davam etdirib. Dünya Bankının "Doing Business 2015" hesabatına əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması
nəticəsində 32 pillə irəliləyib. Bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən
yüksək göstəricidir.
F.Qədimov bildirib ki, sığorta-pensiya sistemində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsas meyar olduğunu nəzərə alaraq, vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. Ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çunki avtomatlaşdırılmış pensiyə təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.
Forumda qeyd olunub ki, qarşıda duran vəzifələr vətəndaşlara göstərilən
xidmətlərin daha da genişləndirilməsi və təkmilləşdirilməsindən ibarətdir.
Tədbirdə "Sosial sığorta haqqı əmək haqqına üstəliyin əsas forması kimi"
adlı təqdimatla çıxış edən DSMF-nin şöbə müdiri Fərid Baxşıyev deyib ki, sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu, həmin məlumatların fərdi uçot sistemində yerləşdirilməsi, onlar üçün fərdi hesab açılması və sosial sığorta nömrəsinin verilməsi prosesi uğurla davam etdirilib. 2014-cü ilin 1 fevral tarixinə 2 milyon 993 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi hesab açılıb. Fərdi uçota alınanların sayı 2014-cü il ərzində 285 min nəfərdən çox artıb.
Forumda ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla
aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 900-ə yaxın bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan "Pensiya+"xidməti, sosial sığorta haqlarının onlayn ödənişi və elektron hesabat təqdim edilməsi, habelə Fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi digər çoxsaylı elektron xidmətlər barədə də iştirakçılara ətraflı məlumat verilib. Həmçinin, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə Fondun fəaliyyətinin bundan
sonra da davam etdiriləcəyi vurğulanıb.