Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Avropa Birliyi (AB), yeni növ koronavirus (Covid-19) səbəbiylə səyahət məhdudiyyətlərindən azad edilən ölkələr siyahısına 10 yeni ölkə əlavə edib.
Xalqcebhesi.az Belçika mediasına istinadən xəbər verir ki, Avropa Şurasının verdiyi açıqlamaya görə, "vacib olmayan" səyahət üçün tətbiq olunan məhdudiyyətlərin tədricən qaldırılması "tövsiyə olunduğu" ölkələrin siyahısı yenilənib.
Son yeniləmə ilə Azərbaycan, Bosniya və Herseqovina, Bruney, Kanada, İordaniya, Çernoqoriya, Qətər, Moldova və Səudiyyə Ərəbistanı və Ermənistan üçün səyahət məhdudiyyətləri Avropa Birliyi ölkələri tərəfindən ləğv ediləcək.
Siyahıda əvvəllər Albaniya, Avstraliya, İsrail, Yaponiya, Livan, Yeni Zelandiya, Şimali Makedoniya, Ruanda, Serbiya, Sinqapur, Cənubi Koreya, Tailand və Amerika Birləşmiş Ştatları ilə Hong Kong, Makao və Tayvan yer alırdı. Bundan əlavə, Avropa Birliyi ölkələri vətəndaşlarına səyahət etməyə icazə verərsə, Çinə sərhədlər açıq ola bilər.
Avropa İttifaqının siyahısı üzv ölkələr üçün məsləhətdir və məcburi deyil. Siyahıdakı ölkələrdən Avropa Birliyinə turist səyahətinə icazə verilərkən, sərnişinlərə test və karantin kimi bəzi tədbirlər tətbiq edilə bilər. Avropa Birliyi ölkələrinin siyahıya daxil olmayan ölkələrə səyahət məhdudiyyətləri davam etməsi itstisna deyil.
Keçən ilin mart ayında Avropa Birliyi epidemiyanın yayılmasının qarşısını almaq üçün şengen bölgəsinin bir hissəsi olan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə, həmçinin 27 üzv ölkəyə səyahət üçün məhdud olmayan məhdudiyyətlər tətbiq edib.