Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
İyun ayı ərzində Bakı kommersiya obyektlərinin satış və kirayə qiymətləri bahalaşıb.
MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyun ayı ərzində Bakıda kommersiya obyektlərinin satış qiyməti 5.17% bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 14.7% bahalaşma qeydə alınıb.
Ekspert bildirib ki, kommersiya obyektlərinin icarəsi iyun ayı ərzində 5.78%, ötən illə müqayisədə isə 13.47% bahalaşıb.
N.İbrahimov bildirib ki, kommersiya obyeklərinin bahalaşmasının səbəblərindən biri də karantin qaydalarının yumşaldılması olub. Beləki, karantin qaydalarının yumşaldılması bazarda aktivliyi artırıb ki, bu da qiymətlərə təsirsiz ötüşməyib.