“Ölkəmiz yenidən möhtəşəm bir tədbirə ev sahibliyi etməyə hazırlaşır” Hadisə

“Ölkəmiz yenidən möhtəşəm bir tədbirə ev sahibliyi etməyə hazırlaşır”

Gülnar Əmiraslanova: "İlk Avropa Oyunları ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə də xidmət göstərəcək "

"Bakı-2015" Avropa Oyunları "Avropa Mayakı"na çevriləcək və Odlar Yurdu Azərbaycan günəş kimi dünyaya işıq saçacaq". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü Gülnar Əmiraslanova deyib. O, ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərin beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: "Ölkəmiz yenidən möhtəşəm bir tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu il ilk dəfə keçiriləcək bu yarışlara ev sahibliyinin məhz Azərbaycana həvalə edilməsi isə ölkəmizə göstərilən ən böyük etimaddır. Şübhəsiz ki, sözügedən beynəlxalq yarışın Azərbaycanda baş tutması həm də ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə xidmət göstərir". Gülnar Əmiraslanova ilk Avropa Oyunlarının idmançılar da daxil olmaqla ölkəmizə gələn minlərlə qonağa Azərbaycandakı güclü iqtisadi inkişafın, müxtəlif sahələrdə əldə edilən uğurların və ideal tolerantlıq mühitinin şahidi olmalarına imkan yaradacağını da vurğulayıb: "Sevindirici və olduqca qürurvericidir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı möhtəşəm gün Azərbaycanın sosial-siyasi, iqtisadi, tarixi, mədəni, idman və bütün sahələrdə inkişafı Avropa ölkələrinə əyani sübut olmaqla yanaşı, güclü, inkişaf edən Azərbaycan dövlətinin varlığı özünü bir daha təsdiq edəcək. Bu oyunlar Azərbaycana qazandıracağı iqtisadi, siyasi dividendlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, ölkəmizdə idmanın inkişafı qarşısında yeni üfiqlər açılacaq, gənc nəslin sağlam yetişməsində mühüm rol oynayacaq".

Əli