Yollarda sarı xətlərə dair tələb bu il noyabr ayından qüvvəyə minəcək Hadisə

Yollarda sarı xətlərə dair tələb bu il noyabr ayından qüvvəyə minəcək

“Son vaxtlar yollara daha yaxşı görünmələri üçün sarı xətlər çəkilib. Bakı Nəqliyyat Agentliyi qanunvericiliyə uyğun olmayan sarı xətlər barədə onlarda məlumat mövcud olduğunu bildirib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda təqdimatı zamanı deputat Kamal Cəfərov bildirib.
K. Cəfərov deyib ki, sarı xətlərlə bağı tələbin 2022-ci ilin noyabr ayında qüvvəyə minməsi təklif edilib: “Qeyd etdiyim kimi, Bakı Nəqliyyat Agentliyi qanunvericiliyə uyğun olmayan sarı xətlər barədə onlarda məlumatın mövcud olduğunu bildirib və ona görə də 2022-ci ilin noyabrında bununla bağlı tələbin qüvvəyə minməsi ilə bağlı keçid müddəası müəyyənləşir. Sarı xətlər dayanma və durma qaydalarını bilmək üçün ən yaxşı vasitəyə çevriləcək”.