Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı sürətlə artır.
Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzin baş infeksionisti Fərrux Sədirov hesab edir ki, gündəlik koronavirusa yoluxma rəqəmlərinin artmasının əsas səbəbi yaxın təmasdır.
Mütəxəssis bildirir ki, yayılan virus xüsusilə “omikron” ştammıdır ki, onun da bir nəfərdən digərinə keçməsi dəqiqələr çəkir.
“Omikron”, əsasən, hava-damcı yolu ilə yayılır. Əvvəllər bildirirdik ki, virus əldən və s. təmaslardan keçə bilər. Düzdür, indi də bu, öz aktuallığını qoruyur, amma adıçəkilən ştamm, əsasən, üst-tənəffüs yollarında olur. “Omikron”dan qorunmaq üçün yaxın təmasdan qaçmaq lazımdır”, - deyə o bildirib.
F.Sədirov virusa yoluxmuş şəxsin yeddigünlük təcriddən sonra ətrafındakıları hansı hallarda yoluxdura bilməsi məsələsinə də aydınlıq gətirib: “Əgər hazırda 10 nəfərdən 9-u 7 gündən sonra ətrafı yoluxdurmursa, biz 7 günü qəbul etməyə məcburuq. Onların arasında bir nəfər ola bilsin ki, 10 və ya 15-ci gününə qədər ətrafı yoluxdura bilər. Bununla bağlı əsas tövsiyələr bundan ibarətdir ki, heç bir şikayət olmadığı təqdirdə virus yükü 5 gündən sonra yoluxduruculuq qabiliyyətini itirir və 7 günə qədər qorunmaq lazımdır. Əgər şikayətlər davam edərsə belə 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağıdır. Belə olduqda çölə çıxa bilərsiniz, ancaq insanlarla məsafəni saxlamalı, maska taxmalısınız. Sizə, sadəcə, 7 gün qapanma məsləhət görülür. Çünki bundan sonra demək olar ki, yoluxdurmaq şansınız sıfıra yaxınlaşır”.