Təhsil Tələbə Kreditini kimlər ala bilir? - AÇIQLAMA Hadisə

Təhsil Tələbə Kreditini kimlər ala bilir? - AÇIQLAMA

Ödənişli və əyani təhsil alan tələbələrin Təhsil Tələbə Krediti Fondundan kredit ala bilər.

Bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda deyib.

O qeyd edib ki, təhsil tələbə krediti almaq hüququ olan tələbələrin sayı 56 min 208 nəfərdir.

"Onlardan 16 min 800-ü sosial təhsil tələbə krediti almaq hüququ olanlardır, 39 min 408 tələbə isə standart təhsil tələbə krediti almaq hüququna sahibdir", - deyə o əlavə edib.

Sədr qeyd edib ki, əyani formada ödənişli təhsil alan tələbələrin 13.8 %-nin (20 200) təhsil haqqını dövlət ödəyir və onların kredit almaq üçün müraciət etməyinə ehtiyac yoxdur. Həmin tələbələr həssas qrupa aid olanlardır.