Bölgələrdə ixtisaslaşmış həkim çatışmazlığı ilə üzləşirik - Departament rəhbəri Hadisə

Bölgələrdə ixtisaslaşmış həkim çatışmazlığı ilə üzləşirik - Departament rəhbəri

Azərbaycanın bölgələrində ixtisaslaşmış həkimlərin çatışmazlığı ilə üzləşirik.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə İTSDA-nın Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.

O qeyd edib ki, Azərbaycanda əsas multidisiplinar xəstəxanalar Bakıda yerləşir və ona görə də regionlardan insanlar tibbi xidmət almaq üçün Bakıya üz tuturlar.

“Məqsədimiz odur ki, bölgələrdə də multidisiplinar xəstəxanalar yaradaq və regionlardan insanların Bakıya gəlməsinə ehtiyac qalmasın”, - deyə o qeyd edib.