Bakıda ana və övladlarını öldürən müəllimin fotosu yayıldı Hadisə

Bakıda ana və övladlarını öldürən müəllimin fotosu yayıldı

Bakıda ana və övladlarını qətlə yetirən Əhəd Əliyev 2010-2015-ci ildə Saatlı rayon Novruzlu kənd məktəbinin direktoru, 2015-ci ildən sonra Sabirabad şəhər N. Nərimanov adına 2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəbdə dərs deyib.

Trend uzun illər müəllim işləyən Əhəd Əliyevin fotosunu təqdim edir:

Qeyd edək ki, qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri - Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi - 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb. O, polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.