![Əsas qeyri-neft ixrac məhsulumuz - qızıl](https://xalqcebhesi.az/media/2024/04/15/225x136/qizil_kulce.jpg)
![Əsas qeyri-neft ixrac məhsulumuz - qızıl](https://xalqcebhesi.az/media/2024/04/15/225x136/qizil_kulce.jpg)
Amerikalı musiqiçi, dəfələrlə "Grammy" mükafatının qalibi, gitaraçı Karlos Santana Detroyt şəhərində konsert zamanı huşunu itirib.
Trend-in məlumatına görə, 74 yaşlı musiqiçi səhnədə olarkən özünü pis hiss etməyə başlayıb.
Nəticədə konsert yarımçıq dayandırılıb və K.Santana xəstəxanaya çatdırılıb. Həkimlər onun isti və susuzluqdan özünü pis hiss etdiyini bildirib.
Hazırda musiqiçinin vəziyyətinin yaxşı olduğu deyilir.
Qeyd edək ki, Karlos Santana ötən il ürəyindən ağır əməliyyat keçirib.